Texniki imkanlar
Qazanlarda yanma proseslərinin müasir cihazlarla analiz olunması
Qazan sistemlərində yanma prosesinin düzgün qurulması enerji sərfiyyatının və emissiyaların azaldılmasına birbaşa təsir göstərir. Şirkətimiz Almaniya və İtaliya istehsalı olan qaz analizatorları vasitəsilə qazanlarda yanma dəyərlərini – CO, CO₂, O₂, NOx və temperatur göstəricilərini ölçür. Bu analiz nəticəsində qazanların iş rejimləri optimallaşdırılır, enerji səmərəliliyi artırılır və təhlükəsizlik təmin olunur. Analiz prosesi zamanı alınan məlumatlar yazılı şəkildə təqdim edilir və müştəriyə sistemin vəziyyəti ilə bağlı tövsiyələr verilir.
