WhatsApp
Texniki imkanlar

Qazanlarda faydalı iş əmsalının yüksəldilməsi və nəticələrin çap olunması

Qazanların effektivliyi, yəni faydalı iş əmsalı (FİƏ), onların enerji resurslarından nə dərəcədə səmərəli istifadə etdiyini göstərir. Xidmətimiz bu sahədə qazanların iş prinsiplərini təhlil edərək, istilik itkisi, yanma qeyri-bərabərliyi, hava qaz qarışığı nisbətində uyğunsuzluq kimi problemləri aşkarlayır və aradan qaldırır. FİƏ-nin artırılması ilə həm qaz sərfiyyatı azaldılır, həm də sistemlərin ömrü uzadılır. Yekunda aparılan ölçmələrin nəticələri akt formasında təqdim olunur, bu da müəssisələr üçün hesabatlılıq və nəzarət baxımından əhəmiyyətlidir.