Texniki imkanlar
Defektoskopiya (NDT) – Qaynaq tikişlərinin yoxlanması
Defektoskopiya və ya NDT (Non-Destructive Testing) polad və politilen boruların qaynaq tikişlərinin daxili və xarici qüsurlarını aşkarlamaq üçün tətbiq olunan müasir yoxlama metodudur. Bu xidmət vasitəsilə borularda çatlar, boşluqlar, qüsurlar və qeyri-bərabərliklər müəyyən olunur. Şirkətimiz ultrasonik və vizual defektoskopiya üsulları ilə boru sistemlərinin tam təhlükəsizliyini təmin edir. Xüsusilə sənaye sahələrində, enerji və qaz infrastrukturlarında bu xidmət boru sistemlərinin uzunömürlü və qəzasız işləməsi üçün əvəzolunmazdır.
