WhatsApp
Texniki imkanlar

Buraxılış sazlama və rejim sazlama işləri

Buraxılış sazlama və rejim sazlama işləri qazla işləyən avadanlıqların və sistemlərin təhlükəsiz, effektiv və optimal fəaliyyətini təmin etmək üçün vacib mərhələlərdən biridir. Technical Support Solutions MMC olaraq, qaz sistemlərinin ilkin işə salınması zamanı avadanlıqların istehsalçı göstəricilərinə uyğun sazlanmasını həyata keçiririk. Rejim sazlaması zamanı isə yanma prosesləri, təzyiq göstəriciləri, istilik balansı və enerji sərfiyyatı dəyərləndirilir və optimallaşdırılır. Bu xidmətlər enerji səmərəliliyinin artırılması, qaz sərfiyyatının azaldılması və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır. Xidmətimizdə müasir ölçü cihazları və proqram təminatlarından istifadə etməklə, sənaye və fərdi obyektlərdə keyfiyyətli və dəqiq sazlama işləri aparılır.