Texniki imkanlar
Hər növ qazanxana və qazanlara illik xidmət
Qazanxanalar və qazan sistemləri müntəzəm texniki xidmət olmadan etibarlı və təhlükəsiz fəaliyyət göstərə bilməz. Technical Support Solutions MMC olaraq, illik texniki xidmət çərçivəsində avadanlıqların təmizlənməsi, sazlanması, ehtiyat hissələrinin yoxlanması və dəyişdirilməsi işlərini həyata keçiririk. Bu xidmət qış mövsümünə hazırlıq, qəza risklərinin azaldılması və sistemlərin uzunömürlü olması baxımından olduqca vacibdir. Müştərilərimizə xidmət planları təqdim olunur və işlər yüksək ixtisaslı mütəxəssislər tərəfindən icra edilir.
