WhatsApp
Texniki imkanlar

Hər növ texniki pasportların hazırlanması

Texniki pasport hər bir mühəndisi sistemin təhlükəsizlik, texniki göstəricilər və istismar şərtlərini əks etdirən əsas sənəddir. Şirkətimiz sənaye və yaşayış obyektləri üçün qazanxanalar, qaz sistemləri, su xətləri, generatorlar və digər mühəndisi qurğular üzrə texniki pasportların hazırlanmasını həyata keçirir. Bu sənədlər müvafiq ölçmələr, hesablamalar və norma uyğunluqları əsasında tərtib olunur və dövlət tələblərinə uyğun şəkildə təqdim edilir. Texniki pasportlar, layihə sənədlərinin ayrılmaz hissəsi olmaqla yanaşı, obyektin istismara qəbulunda, sığorta və audit proseslərində də əsas rol oynayır.