Texniki imkanlar
Qaz xəttlərinin çəkilişi
Yeni obyektlərdə və ya mövcud qaz şəbəkələrində genişləndirmə məqsədilə qaz xəttlərinin çəkilişi mühüm texniki və təhlükəsizlik aspektlərini nəzərə alaraq aparılmalıdır. Technical Support Solutions MMC layihələndirmədən başlayaraq montaj və istismara qədər bütün mərhələlərdə müştəriyə tam dəstək göstərir. Polad və politilen borularla qaz xətləri çəkilir, qaynaq işləri sertifikatlı mütəxəssislər tərəfindən həyata keçirilir və sızma testləri aparılır. Evlər, ictimai obyektlər, sənaye müəssisələri üçün nəzərdə tutulmuş bu xidmət qaz təchizatının dayanıqlılığını və təhlükəsizliyini təmin edir.
