Texniki imkanlar
Yeraltı polad borularda su sızmasının yoxlanması
Yeraltı polad borularda baş verən su sızmaları həm sistemin effektivliyinə zərər vurur, həm də ciddi infrastruktur və torpaq eroziyası problemlərinə səbəb ola bilər. Technical Support Solutions MMC olaraq, bu cür sızmaların aşkarlanması üçün müasir texnologiyalardan – akustik dinləmə cihazları, qaz analizatorları və xüsusi sızma detektorlarından istifadə edirik. Ən çətin şəraitdə belə yeraltı sızmaların yerini dəqiqliklə təyin edərək problemi vaxtında aradan qaldırırıq. Bu xidmət, binaların, sənaye müəssisələrinin və ictimai obyektlərin su təchizatı sistemlərinin təhlükəsizliyi və davamlılığı üçün olduqca vacibdir.
