Texniki imkanlar
Yeraltı və Yerüstü qaz xəttlərinə texniki baxış
Yeraltı və yerüstü qaz xətlərinə texniki baxış sistemlərin davamlı və təhlükəsiz işləməsini təmin etmək üçün mütəmadi aparılmalıdır. Şirkətimiz bu sahədə müasir diaqnostik avadanlıqlarla qaz xəttlərinin vəziyyətini yoxlayır, sızmaların olub-olmamasını müəyyən edir və potensial təhlükə yarada biləcək nasazlıqları vaxtında aşkarlayır. Qaz xəttlərində korroziya, təzyiq itkisi, mexaniki zədələnmələr və birləşmə nöqtələrində sızmaların qarşısının alınması üçün texniki baxış mühüm əhəmiyyət daşıyır. Xidmətimiz Azərbaycanın qaz infrastrukturu ilə bağlı təhlükəsizlik normalarına və “Qaz Təsərrüfatı Qaydaları”na tam uyğun şəkildə yerinə yetirilir.
